...

Azərbaycanlı güləşçi Avropa çempionatının gümüş medalını qazanıb

Cəmiyyət Materials 17 İyul 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət sərbəst güləş üzrə yığma komandasının üzvü Sona Əhmədli Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı güləşçi 59 kq çəki dərəcəsində mübarizə apararaq, ikinci yeri tutub. Bu, Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığmasının qazandığı ikinci medal olub. Bir neçə gün əvvəl 48 kq çəki dərəcəsində yarışan Mariya Stadnik finalda ukraynalı idmançını məğlub edərək qızıl medal qazanmışdı.

Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri ilə yanaşı, yunan-roma güləşi üzrə yığma komandası da mübarizə aparır. Bu gün azərbaycanlı yunan-roma güləşçilər dörd çəki dərəcəsində mübarizəyə başlayacaqlar.

İyulun 13-də başlayan güləş üzrə Avropa çempionatı iyulun 22-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti