...

Fransa Avropa İttifaqının sədri kimi insan haqları məsələsində Azərbaycanla dialoqu davam etdirmək niyyətindədir – səfir

Cəmiyyət Materials 17 İyul 2008 14:41 (UTC +04:00)
Fransa Avropa İttifaqının sədri kimi insan haqları məsələsində Azərbaycanla dialoqu davam etdirmək niyyətindədir – səfir

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir R.Novruzov/ Fransa Avropa İttifaqının (Aİ) sədri kimi insan haqları məsələsində Azərbaycanla dialoqu davam etdirmək niyyətindədir

"Biz ümumi Avropa dəyərləri üzrə Azərbaycanla dialoqun davam etdirilməsində maraqlıyıq. Bu dəyərlərdən biri insan haqlarıdır", - Fransanın Azərbaycandakı səfiri Qabriel Keller cümə axşamı Bakıda jurnalistlərə bildirib.

Fransa iyulun 1-dən Aİ-yə sədrlik edir.

Dialoq Aİ-nin Yeni Qonşuluq Siyasəti çərçivəsində aparılacaq. "Biz Azərbaycanı Avropa dəyərlərinə uyğun olmaq arzusunda dəstəkləməyə və ölkədə insan haqlarının müdafiəsini təmin etməyə hazırıq. Bu məsələ həm Azərbaycan, həm də bütün Aİ ictimaiyyəti üçün böyük maraq kəsb edir", - diplomat bildirib.

O, bu məsələ ilə bağlı danışıqların "ardıcıl, mehriban, səmimi və qarşılıqlı hörmət çərçivəsində" aparılacağına əmin olduğunu bildirib.

Diplomat qeyd edib ki, KİV məsələsi həmçinin insan haqları meyarının vacib hissəsidir və həm Fransa, həm də Aİ KİV-in azadlığı və müstəqilliyinin lehinə çıxış edirlər. "Jurnalistlər təzyiqə məruz qalmamalıdırlar. Bu, onların azadlıq və müstəqilliklərinə ziddir", - diplomat bildirib.

Azərbaycanda müxtəlif azadlıqdan məhrum etmə müddəti ilə üç jurnalist həbsdədir - "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti