...

Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Bakıya avqustda qayıdacaq

Cəmiyyət Materials 18 İyul 2008 15:48 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Bakıya avqustda qayıdacaq

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının Almaniyadan olan baş məşqçisi Berti Foqts Bakıya avqustun əvvəllərində qayıdacaq. Bu barədə Trend -a yığma komandada Foqtsun köməkçisi kimi fəaliyyət göstərən Elxan Abdullayev məlumat verib.

Foqts bu ilin iyun ayında İsveçrədə və Avstriyada təşkil olunan futbol üzrə Avropa çempionatının oyunlarını izləyəndən sonra Almaniyaya gedib.

Abdullayev bildirib ki, artıq iki aya yaxındır, Azərbaycandan kənarda olan alman məşqçi avqustun əvvəllərində Bakıya qayıdacağını deyib.

Foqts Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsinə bu ilin aprel ayında təyin olunub.

Azərbaycan millisinin baş məşqçisi 1996 -cı ildə Almaniya yığma komandasına rəhbərlik edərək, Avropa çempionu adını qazanıb.

Xəbər lenti

Xəbər lenti