...

Azərbaycanın gənc cazmenləri Günü yaxınlaşır

Cəmiyyət Materials 19 İyul 2008 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Gənc cazmenlərin 4- cü festivalı iyulun sonunda start götürəcək. "Bu festivalda çıxış etmək üçün 30-a yaxın gənc musiqiçi seçmişik. Onlardan bəziləri Musiqi Akademiyasının tələbələri, digərləri isə bu musiqi növü ilə məşğul olan gənclərdir",- deyən festivalın təşkilatçısı Emil İbrahim Məmmədov TrendLife-a bildirib. Onun sözlərinə görə, caz bayramında pianoçular, vokalçılar və digər musiqiçilər çıxış edəcək. "Bu festivalı üç ildir ki, caz festivalı çərçivəsində keçirilirdi. Lakin bu il il caz festivalı keçirilmirsə, bu o demək deyil ki, gənclər diqqətdən kənan qalmalıdırlar. Festival ona görə təşkil olunur ki, istedadlı gənc caz musiqiçilərə gələcək yaradıcılıqlarında köməklik göstərə bilək",-E. Məmmədov sonda vurğulayıb. Festivalın informasiya dəstəyi TrendLife-dır.

Xəbər lenti

Xəbər lenti