...

Fidan Hacıyeva İngiltərəni seçib

Cəmiyyət Materials 22 İyul 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /TrendLife müxbir Z.Rüstəmova

Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yay istirahətini daha geniş proqramla keçirməyi düşünür. Müğənni TrendLife-a açıqlamasında Bakı və onun ətrafyanı ərazilərini, eyni zamanda İngiltərəni seçdiyini söylədi:

"Vətənimdə dincəlmək hər il istirahət proqramıma daxildir. Ancaq ölkədən kənara çıxmaq bu proqramı daha da zənginləşdirir. Hər il olduğu kimi yenə də İngiltərəni seçmişəm və bu, təsadüfi deyil. Həyat yoldaşımın ailə üzvləri və qohumları orada yaşayırlar və qaynanam hər il bizi yanına dəvət edir. Yəqin ki, İngiltərə səfərim avqustun ilk günlərinə təsadüf edər".

Yay istirahətini könlüncə keçirməyə qərarlı olan Fidan Hacıyeva payız fəslində onu gərgin iş qrafikinin gözlədiyini söylədi:

"Bunlardan biri Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırdığım konsert layihəmdir ki, bu, mənim üzərimdə böyük məsuliyyət yükünü daşıyır. Proqram bir çox məqamları ilə yadda qalacaq. Həm müşayiət, həm qızımla nəzərdə tutulan duetimiz, proqramın rəngarəngliyi tamaşaçıların musiqi zövqünü təzələyəcək. Eyni zamanda həmin tarixdə solisti olduğum Opera və Balet Teatrında yeni obrazda çıxış edəcəm. Bu, Rassininin "Sivilya bərbəri"ndəki mənə həvalə olunan baş roldur. Tamaşada maraqlı məqamlar çox olacaq və bu barədə proqram hazır olandan sonra mətbuata məlumat veriləcək".

Xəbər lenti

Xəbər lenti