...

2008-2009-cu tədris ilində Azərbaycanın orta  ixtisas məktəblərinə altı mindən çox plan yeri ayrılıb

Cəmiyyət Materials 25 İyul 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend , C.Babayeva/ 2008-2009-cu tədris ilində Azərbaycanın  orta ixtisas məktəblərində 6386 plan yeri  ayrılıb. Bu barədə cümə günü Bakıda keçirilən brifinqdə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev deyib.

Onun sözlərinə görə, orta ixtisas məktəblərinə daxil olmaq üçün keçiriləcək müsabiqədə ali məktəblərə keçirilən qəbul imtahanında I, II, III ixtisas qrupu üzrə ümumilikdə 50 baldan çox toplayan abituriyentlər iştirak edə bilərlər.

"Plan yeri üzrə ixtisas seçimi avqustun 10-dan 15-dək İnternet vasitəsilə keçiriləcək. İxtisas seçimi hüququna malik olan abituriyentlər dövlət və özəl orta ixtisas məktəblərinin 12 ixtisas kodunu seçməlidirlər", - o bildirib.

Elektron ərizələrin təsdiqlənməsi üçün  abituriyentlər TQDK-dan ödəmə kartını almalı və onun şifrəsindən istifadə etməlidirlər, - Babayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti