...

Heyvanlar haqqında yeni veriliş başlayacaq

Cəmiyyət Materials 29 İyul 2008 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /TrendLife müxbir Edar Hüseynzadə/

"Yeni dalğa" prodüser mərkəzi iki yerli kanalla Azərbaycanda yoxa çıxmış heyvanlar haqqında verilişin nümayişinə başlanması üçün danışıqlar aparır. "Bizdə çəkilmiş lentlər var ki, həmin kadrları "Heyvanlar aləmi" verlişinə bənzəyən gözəl proqram hazırlamaq olar. Bu proqrama mütəxəssisləri dəvət etmək olar ki, onlar bizim çəkdiyimiz kadrlar haqqında öz fikirlərini söyləsinlər". Bu sözləri TrendLife-a mərkəzin direktoru Rasim Həsənov söyləyib. Bundanə əlavə prodüser mərkəzinin bazasında Azərbaycanda yoxa çıxmış heyvanlar haqqında bir neçə filmlər yaradılacaq.

"Yeni dalğa"prodüsser mərkəzi artıq beş ildir ki, kino sahəsində fəal işlər görür. Onların ən çox səs-küyə səbəb olan filmi "Cavid həyatı" olub. Bədii film dövlət sifarişi ilə lentə alınıb.

Müəlliflə əlaqə yaratmaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti