...

Bu gün Pekin Olimpiadasının açılışı olub

Cəmiyyət Materials 8 Avqust 2008 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir R.Ergün/ Bu gün Bakı vaxtı ilə saat 17.00 - da Çinin paytaxtı Pekin şəhərində keçirilən Olimpiadanın açılışı olub.

Avqustun 8 - dən 24 - dək davam edəcək Olimpiadada 250 ölkədən 10500 idmançı, müxtəlif əyarlı 906 medal uğrunda mübarizə aparacaqlar.

Olimpiadanın açılış mərasimində, Azərbaycan prezidenti də daxil olmaqla, 80 ölkənin dövlət başçısı iştirak edib.

Azərbaycan Pekin Olimpiadasında 44 idmançı ilə təmsil olunur. Olimpiadada uğur qazanan hər bir azərbaycanlı idmançıya dövlət tərəfindən 400, Milli Olimpiya Komitəsi (MOK) tərəfindən 200 min manat mükafat veriləcək.

Açılış mərasimində iştirak edən Olimpiya yığma komandasının kapitanı kimi, Azərbaycan bayrağını Fərid Mansurov götürüb. O, Afinada keçirilən sonuncu Olimpiadada güləş üzrə qızıl medal qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti