...

Əbu-Bəkr məscidində baş vermiş partlayış Azərbaycanın milli dəyərlərinə və dövlətçiliyinə qarşı yönəlib - ilahiyyatçı İlqar İbrahimoğlu

Cəmiyyət Materials 18 Avqust 2008 14:07 (UTC +04:00)
Əbu-Bəkr məscidində baş vermiş partlayış Azərbaycanın milli dəyərlərinə və dövlətçiliyinə qarşı yönəlib - ilahiyyatçı İlqar İbrahimoğlu

Azərbaycan, Bakı, 18 avqust/ Trend , C.Babayeva/ Dünən Əbu-Bəkr məscidində iki əlqumbarasının partladılması faciədir və bəşəriyyətə, insanpərvərliyə, Azərbaycanın milli  dəyərlərinə və dövlətçiliyinə qarşı yönəlib, - bazar ertəsi   Trend -a  DEVAMM vicdan və din azadlığının müdafiəsi üzrə Mərkəzin sədri, ilahiyyatçı İlqar İbrahimoğlu deyib.  

Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Əbu-Bəkir məscidində bazar günü yerli vaxtla saat 21.00 radələrində axşam namazı zamanı partlayış baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs pəncərəni daşla sındıraraq, iki ədəd RQD-1 əlqumbarasını məscidin içərisinə atıb. Nəticədə üç nəfər ölüb, beş nəfər isə yaralanıb.

"Azərbaycanda təkcə hədə-qorxu gəlmək deyil, həm də birbaşa məsciddə belə konkret terror addımları atmaq "ənənəsi" yaranıb. Bu, Azərbaycan cəmiyyətinə xas olmayan, pislənilən və təhlükəli bir haldır. Buna görə də hesab edirəm ki, hazırda baş vermiş hadisənin fenomenini öyrənmək və bunun nə üçün baş verməsinə dair nəticələr çıxarmaq  lazımdır", - İbrahimoğlu bildirib.

"Azərbaycan cəmiyyəti baş vermiş hadisəyə, onun mövcud əxlaqi-mənəvi və dini təhlükəsizliyinə vurulmuş zərbə kimi baxmalıdır", - o hesab edir. "Ciddi fikirləşmək lazımdır, çünki bu, insanların məsciddə haqq-hesab çürütmələri ilə bağlı ilk hadisədir", - İbrahimoğlu qeyd edib. "Özlərini islam etiqadına məxsus adlandıran insanların "öz haqq-hesablarını" belə formada həll etməsi Rusiyada olur. Azərbaycan üçün isə bu, qeyri-təbii və gözlənilməzdir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti