...

Azərbaycanlı taekvondoçu Olimpiadanın yarımfinalına çıxıb

Cəmiyyət Materials 22 Avqust 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı taekvondoçu Rəşad Əhmədov Pekin Olimpiadasında qələbə qazanaraq, yarımfinala çıxıb. Bu, kanadalı idmançı ilə görüşdən sonra məlum olub.

Əhmədovla kanadalı taekvondoçu arasındakı qarşılaşma son dərəcə gərgin mübarizə şəraitində keçib. Görüşün əsas hissələrində hesab açılmadığı üçün "qızıl xal" prinsipinə üstünlük verilib. Amma tərəflrərdən heç biri "qızıl xal" qazana bilməyib. Yalnız hakimlərin rəyindən sonra Azərbaycan taekvondoçusu qələbə qazanıb.

Azərbaycanlı idmançı 80 kq çəki dərəcəsində mübarizə aparıb.

Əhmədov yarımfinalda qələbə qazanmaqla, Olimpiada çempionu olmaq şansını artıracaq. O, 2004-cü ildə Afinada keçirilən Olimpiadada dördüncü yeri tutmuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti