...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Azərbaycan dindarlarını prezident seçkisində fəal olmağa çağırıb

Cəmiyyət Materials 30 Avqust 2008 11:58 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Azərbaycan dindarlarını prezident seçkisində fəal olmağa çağırıb

Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir S.Kazımlı/ Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan dindarlarını prezident seçkisində fəal olmağa çağırıb.

"Bütün iman gətirən insanları prezident seçkisində fəal iştirak etməyə və haqqa səs verməyə çağırıram", - Trend -un məlumatına görə, bunu şənbə günü Paşazadə Bibiheybət məscidində Ramazan ayının (sentyabrın 1- dən 30 - dək) başlanması ilə əlaqədar dindarlarla keçirilən görüşdə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. İndiyədək seçkilərə 18 iddiaçı qoşulub. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Yaşar Əhmədov (işsiz), Əlimuxtar Əkbərov (təqaüdçü), Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidov (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, Qüdrət İsaqov (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli, Fikrət Əhədov (Təhsil Nazirliyi elmi-metodik jurnalının şöbə redaktoru), Arif Əliyev (işsiz) və Əli Ağaevlidir (Hüquqi, iqtisdi və sosial tədqiqatlar Mərkəzinin direktoru).

Paşazadə çıxışında dindarları konkret hansısa namizədə səs verməyə çağırmayıb. "İnsanlar bilirlər ki, kim haqlıdır" - deyə o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti