...

Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun baş məşqçisi transfer işlərindən razı qalmayıb

Cəmiyyət Materials 2 Sentyabr 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun türkiyəli baş məşqçisi Rasim Kara fasilə dövründə həyata keçirilən transfer işlərindən razı qalmayıb. "Komandamızdan ayrılan futbolçuların sayı çox oldu. Biz yalnız gedən futbolçuların yerinə yenilərini gətirməyə imkan tapdıq. Bu isə istədiyimiz kimi transferlər edə bilmədiyimizi göstərir", - çərşənbə axşamı Trend -a Kara deyib.

Kara "Xəzər-Lənkəran" klubunun baş məşqçisi vəzifəsinə bir ay əvvəl təyin olunub. O, əvvəlcə "Qarabağ"ın baş məşqçisi kimi fəaliyyət göstərib.

Baş məşqçi bildirib ki, hazırda əsas məqsədi "Xəzər-Lənkəran"ı "Turan"la Premyer-Liqa çərçivəsindəki oyuna yaxşı hazırlaşdırmaqdır. "Bu oyunda qələbə qazanıb, lider komandalara yaxınlaşmaq istəyirik. Oyun Lənkəranda keçirildiyindən, işimizin elə də çətin olmayacağını düşünürəm", - deyə Kara əlavə edib.

"Xəzər-Lənkəran" bir müddət əvvəl Türkiyənin "Beşiktaş" klubu ilə yoldaşlıq görüşü keçirdiyindən, "Turan"la Premyer-Liqa çərçivəsindəki oyunu təxirə salınmışdı. Həmin oyunun sentyabrın 13 - də keçirilməsi nəzərdə tutulub.

Premyer-Liqada keçirdiyi üç oyundan sonra hesabında 6 xalı olan "Xəzər-Lənkəran" 7-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti