...

Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının baş məşqçisi dəyişəcək

Cəmiyyət Materials 3 Sentyabr 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının baş məşqçisi Vahid Nəzərov tezliklə tutduğu vəzifədən gedəcək. Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Trend -un arayışı: Ağırlıqqaldırma üzrə yığma komandanın aparıcı üzvləri olan Nizami Paşayevlə Turan Mirzəyev Pekin Olimpiadasında medal qazana bilməyiblər. Azərbaycanlı ağır atletlər 2004-cü ildə Afinada keçirilən Olimpiadada da uğurlu çıxış nümayiş etdirməyiblər.

Nazir bildirib ki, Nəzərovun strategiyası özünü doğrultmayıb. "Buna görə də, hesab edirik ki, ağırlıqqaldırma üzrə yığma komandaya yeni baş məşqçi dəvət oluna bilər".

Rəhimov yeni baş məşqçi ilə bağlı məlumat verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti