...

Azərbaycanın Mingəçevir şəhərində avarçəkmə üzrə çempionat keçiriləcək

Cəmiyyət Materials 10 Sentyabr 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın Mingəçevir şəhərindəki "Kür" təlim-tədris mərkəzində yeniyetmələr arasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ölkə çempionatı keçiriləcək. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

Çempionatda ilk dəfə olaraq rekord sayda - yeddi klub mübarizə aparacaq.

Yarışlarda ilk dəfə olaraq qız avarçəkənlər də iştirak edəcəklər.

Avarçəkmə üzrə çempionat 2010-cu ildə keçiriləcək Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara hazırlıq məqsədi ilə təşkil olunub.

Sentyabrın 12-də başlayacaq çempionat üç gün davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti