...

Futzal üzrə Avropa çempionatının bu gün keçiriləcək püşkatma mərasimində Azərbaycandan nümayəndə olmayacaq

Cəmiyyət Materials 10 Sentyabr 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futzal Federasiyasının (AFF) nümayəndələri bu gün İsveçrənin Nyon şəhərində yığma komandalar arasında keçiriləcək futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməyəcəklər. Bu barədə çərşənbə günü Trend -a AFF-nın prezidenti Zaur Axundov məlumat verib.

"Bütün diqqətimiz Bakıda keçiriləcək futzal üzrə UEFA kubokunun qrup oyunlarının hazırlığına yönəlib. Buna görə də İsveçrədəki püşkatmada iştirak edə bilməyəcəyik. Amma öz təklifimizi verərək bildirmişik ki, Avropa çempionatının seçmə mərhələsinin oyunlarını Bakıda qəbul etməyə hazırıq", - Axundov bildirib.

Azərbaycanın futzal çempionatının qalibi olan "Araz"ın UEFA kubokunda yer aldığı qrupun oyunları sentyabrın 11-dən 14-dək Bakıda keçiriləcək.

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması saat 16.00-da başlayacaq.

Azərbaycanın futzal üzrə yığma komandasının baş məşqçi vəzifəsi boşdur.

Axundov bildirib ki, yığma komandanın baş məşqçi məsələsi bu ilin noyabr ayında həll olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti