...

"Böyük dəbilqə" turnirində iştirak edən azərbaycanlı şahmatçı məğlub olub

Cəmiyyət Materials 11 Sentyabr 2008 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirin 8-ci turunda keçirdiyi görüşdə məğlub olub.

Azərbaycanlı qrossmeyster ukraynalı Vasili İvançuka məğlub olmaqla turniri yuxarı pillələrdə başa vurmaq şansını itirib.

Hazırda hesabında altı xal olan Rəcəbov sonuncu pillədə yer alır. Birinci yerdə hesabında 13 xal olan bolqarıstanlı Veselin Topalovdur.

Rəcəbov növbəti turda Norveçi t əmsil edən Maqnus Karlsenlə qarşılaşacaq.

Turnirin mükafat fondu 400 min avrodur. Birinci yeri tutan şahmatçı 150 min avro mükafat qazanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti