Azərbaycan, Bakı, 14 sentyabr / Trend / Bakıda keçirilən futzal üzrə UEFA Kubokunun qrup turnirində sonuncu turun oyunları keçirilib. Azərbaycan çempionu "Araz" klubu yenidən qələbə qazanıb. Komandamızın budəfəki rəqibi Slovakiyanın "Slov-Matik" klubu olub. Matç 4:2 hesabı ilə sonuclanıb.
Beləliklə, "Araz" klubu qrupda birinci yeri tutub.
Xatırladaq ki, "Araz" və "Slov-Matik" ikinci turdan sonra UEFA Kubokunun növbəti mərhələsinə vəsiqəni təmin etmişdilər.