...

Azərbaycan paytaxtında tikinti şirkətinin istintaqı ilə bağlı iki nəfər həbs edilib

Cəmiyyət Materials 16 Sentyabr 2008 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında istintaqı aparılan "GEN" MMC-nin işi ilə bağlı yeni həbslər olub.

Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevə qarşı dələduzluq etməkdə təqsirli bilinən İsmayıllı sakini Akif Səfər oğlu Məmmədov şənbə günü, Bakı sakini Zahid Arif oğlu Əliyev isə bazar ertəsi həbs ediliblər.

Məlumata görə, Z.Əliyev fermer təsərrüfat yaratmaq adı ilə E.Əliyevdən 290 min manat, A.Məmmədov isə torpaq ərazisi alınmasında vasitəçilik edəcəyinə görə 285 min manat alaraq mənimsəyiblər.

Hər iki şəxsə barəsində Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilirlər. A.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Trend -un arayışı: Şirkət tərəfindən tikilən evlərin vətəndaşlara satılmasında vasitəçilik edən Mütəllim Babayev Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək avqustun 30-da barəsində həbs-qətimkan tədbiri seçilib.

Şirkət direktorunun kadrlarla iş üzrə müavini Mehbarə Cəfərzadəyə də həmin gün ittiham elan olunub. İstintaq Cəfərzadəni təqsirləndirilən şəxs kimi tanıyıb və ona Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə ittiham elan olunub.

Cəfərzadədən istintaqdan icazəsiz hec yerə getməməsi haqda iltizam alınıb. Hazırda o, polisin nəzarətindədir.

"GEN" MMC-nin rəhbəri Elbrus Əliyev iyunun 11-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçilib. Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda əiyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan bir müddət sonra "GEN" MMC-nin rəhbəri Əliyevin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev həbs olunublar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2-ci) maddəsi ilə təqsirləndirilirərək, barələrində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İyulun 3-də şirkətinin baş mühasibi Əliyar Abbasov saxlanılıb. Abbasov şirkətin prezidenti Əliyevlə birgə dələduzluqda ittiham olunub. Abbasov barədə 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Əliyevin 550 vətəndaşı aldadıb onlardan 12 milyon manat pul alaraq mənimsədiyi bildirilir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti