...

Portuqaliya və Fransa yığmaları Azərbaycanda keçiriləcək çimərlik futbolu üzrə Avropa kubokunda iştirakdan imtina edib

Cəmiyyət Materials 17 Sentyabr 2008 13:30 (UTC +04:00)
Portuqaliya və Fransa yığmaları Azərbaycanda keçiriləcək çimərlik futbolu üzrə Avropa kubokunda iştirakdan imtina edib

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir R.Ergün/ Portuqaliya və Fransa yığmaları Azərbaycanda keçiriləcək çimərlik futbolu üzrə Avropa kubokunda iştirakdan imtina edib.

"Çempionatdan iştirakdan imtina edən Portuqaliya və Fransa yığmaları cəzalandırıla bilər", çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında Dünya Çimərlik Futbolu Federasiyasının məsul katibi Qabino Renoles bildirib.

Çimərlik futbolu üzrə Avropa kubokunun oyunları sentyabrın 18-dən 21-dək Bakıda keçiriləcək.

Azərbaycan yığması yarışda ilk oyununu sentyabrın 19-da İngiltərəyə qarşı keçirəcək. Oyun saat 15.15-də başlayacaq. Bir gün əvvəl - sentyabrın 18-də isə İspaniya ilə Azərbaycan yığması arasında yoldaşlıq oyunu olacaq.

Avropa kubokunun final mərhələsinin oyunları sentyabrın 21-də keçiriləcək.

Renoles bildirib ki, Portuqaliya və Fransa yığmaları Gürcüstandakı müharibəyə görə beynəlxalq turnirdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

"Biz həmin ölkələrin federasiyalarına Azərbaycanın təhlükə zonasından uzaq olduğunu çatdırsaq da, nəticəsiz qalıb. Həmin komandaların cəzalandırılması məsələsinə baxılacaq", - Renoles əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti