...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubunun baş məşqçisi istefaya göndərilməyəcək – klub prezidenti

Cəmiyyət Materials 17 Sentyabr 2008 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubunun prezidenti Necib Çarıkçı komandanın baş məşqçisinin istefaya göndərilməsi haqda yaranan söz-söhbətə aydınlıq gətirib.

"Baş məşqçimiz Serhat Gülleri istefaya göndərmək fikrində deyilik. Mən heç vaxt güvənmədiyim, inanmadığım baş məşqçiylə işləmərəm. Baş məşqçimizin istefaya göndərilməsi barədə yalan məlumat yayan şəxslər mütləq cəzalarını alacaqlar", - çərşənbə günü Türkiyə mətbuatına klub prezidenti deyib.

Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" çempionatda keçirdiyi üç oyunun ikisində məğlub olub, birində heç - heçə edib. Qurbanov bu oyunlardan ikisinin iştirakçısı olub.

Azərbaycanlı futbolçu "Boluspor" klubuna Türkiyənin Superliqa komandalarından olan "Sivasspor"dan transfer olunub.

Qurbanov əvvəllər Azərbaycan yığma komandasında və "Xəzər-Lənkəran" klubunda çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti