...

Azərbaycanın "Bakı" klubunun futbolçularına pul cəriməsi tətbiq olunub

Cəmiyyət Materials 22 Sentyabr 2008 17:16 (UTC +04:00)
Azərbaycanın "Bakı" klubunun futbolçularına pul cəriməsi tətbiq olunub

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer - Liqasının sonuncu turunda "Karvan"a 0:3 hesabı ilə məğlub olan "Bakı" klubunun futbolçuları cəzalandırılıb.

"Biz "Karvan"la görüşdə futbol oynamadıq. Komandamızda arxayınçılıq yaranmışdı. Bəzi futbolçularımız var ki, artıq indidən özlərini Azərbaycan çempionu hiss etməyə başlayıblar. Futbolda belə şeyi bağışlamırlar", - bazar ertəsi Trend - a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

"Bakı" Azərbaycan Premyer -Liqasında çempionluğa əsas namizədlərdən hesab olunur. Komanda beş turdan sonra 10 xalla dördüncü pillədə yer alır.

Paytaxt Bakını təmsil edən klubun sonuncu turda öz meydanında "Karvan "a 0:3 hesabı ilə məğlub olması gözlənilməz olub.

Məmmədov bildirib ki, Premyer - Liqanın növbəti turlarında "Bakı" nın yenə böyük hesabla məğlub olması gözlənilmir.

"Karvan" elə də güclü komanda deyil. Amma futbolçularımız rəqibi qiymətləndirmədilər. Elə buna görə də oyundan sonra onları cəzalandırdıq. Son dərəcə zəif oynadıqlarına görə pul cəriməsi tətbiq etdik. Bu, futbolçulara dərs olmalıdır", - deyə baş menecer əlavə edib.

"Bakı" növbəti turda "Bakılı" komandası ilə qarşılaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti