...

Azərbaycanın Fotoqrafçılar İttifaqında böyük ixtisar aparılıb

Cəmiyyət Materials 6 Oktyabr 2008 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend Life, müxbir E.Hüseynov/2008-ci il başlananadək Azərbaycan Fotoqrafçılar İttifaqının üzvlərinin sayı 100 nəfər olub, lakin hazırda onların sayı 30 nəfərədək azalıb. їBiz fotoqrafçıların attestasiyasını yenidən keçirdik və ilkin olaraq İttifaqa iyirmi üzv seçdik, indi isə onların sayı otuz nəfərədək artıbї, - Trend Life-a Ittifaqın sədri Şahin Hüseynzadə deyib.

Onun sözlərinə görə, Fotoqrafçılar İttifaqına üzvlər müstəqil Bədii Şura tərəfindən xüsusi gizli səsvermə yolu ilə seçilir. Fotoqraflar 20-30-dək iş təqdim edirlər və Şura onları qiymətləndirir. їƏlbəttə, narazılar var , məsələn, fotoqraf Səid Cəfərov iyirmi ildən çoxdur ki, fotoqrafla məşğuldur, lakin onun işini Şura qəbul etməyibї, - Hüseynzadə bildirib.  

Hüseynzadə ötən ilin sonunda məşhur fotoqraf və operator, əməkdar incəsənət xadimi, Fotoqraçılar İttifaqının banisi Rafiq Qəmbərovu əvəz edib. Bu müddət ərzində Fotoqrafçılar İttifaqında yenidən attestasiyanın keçirilməsi daxil olmaqla, böyük dəyişikliklər baş verib. İttifaqın yeni ofisi var. Təşkilat noyabradək fotoqraf Hacı Akif Ağayevin xatirəsinə həsr olunan sərgi  keçirməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti