...

Türkiyədə çıxış edən azərbaycanlı futbolçunun komandası cəzalandırılıb

Cəmiyyət Materials 8 Oktyabr 2008 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" komandasının oyunçuları klub rəhbərliyi tərəfindən cəzalandırılıb. Bu barədə çərşənbə günü Türkiyə mətbuatı xəbər verib.

Türkiyənin birinci liqasında çıxış edən "Boluspor"un çempionatda son dərəcə uğursuz çıxış etməsi klub rəhbərliyinin narazılığına səbəb olub.

"Boluspor"un son turda öz meydanında "Kardemir Karbükspor" komandasına 0:2 hesabı ilə məğlub olmasından sonra klub rəhbərliyi futbolçuları pul cəriməsi ilə cəzalandırıb.

Cərimənin məbləği barədə məlumat verilməyib.

Qurbanov Türkiyədə "Boluspor"dan əvvəl "Fənərbaxça" və "Sivasspor" klublarında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti