...

Azərbaycanın Kinoaktyorlar Gildiyası Bakıda Misir kinosu Günləri keçirəcək

Cəmiyyət Materials 16 Oktyabr 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/TrendLife, müxbir E.Hüseynzadə/Azərbaycanın Kinoaktyorlar Gildiyası hazırda Misir Mədəniyyət Mərkəzi ilə Bakıda Misir kinosu Günlərinin keçirilməsi üzrə danışıqlar aparır. "Biz hazırda Misir Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə Bakıda bu ölkənin üç günlük kino Günlərinin keçirilməsi məsələsini müzakirə edirik. Kino Günləri Misirin ən böyük kino xadiminə həsr ediləcək. Məhz kimə həsr ediləcəyini hələlik sirr saxlamaq istəyirəm", - Trend Life-a Kinoaktyorlar Gildiyasının sədri, Azərbaycanın Xalq artisti Həmidə Ömərova deyib.

Onun sözlərinə görə, Kino Günləri noyabrda keçiriləcək. Azərbaycanda Misir kinosu Günləri, demək olar ki, hər il keçirilir. 2008- ci ilin baharında Azərbaycanda Misir Mədəniyyəti Günləri də keçirilib.    

Xəbər lenti

Xəbər lenti