...

Bu gün Azərbaycanın Mingəçevir şəhərində avarçəkmə üzrə yarış başlayacaq

Cəmiyyət Materials 24 Oktyabr 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycanın Mingəçevir şəhərində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə "Mingəçevir reqatası" adlı yarış start götürəcək. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

Mingəçevirdəki "Kür" Təlim-Tədris Mərkəzində keçiriləcək yarış üç gün davam edəcək.

"Mingəçevir reqatası"nın baş hakimi ukraynalı beynəlxalq dərəcəli hakim Mixail Syabro olacaq. Syabronun yarışdan əvvəl azərbaycanlı hakimlər üçün seminar keçirəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti