...

Azərbaycanda 33 dövlət orqanındakı vakant yerlərə keçiriləcək imtahanın vaxtı məlum olub

Cəmiyyət Materials 29 Oktyabr 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı 29 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 33 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatları üzrə 601 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün noyabrın 9-da imtahan keçiriləcək.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan çərşənbə günü verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər imtahana buraxılış vərəqəsini 31 oktyabr - 7 noyabr tarixlərində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan şəxsən və ya notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında vəkil etdikləri şəxslər vasitəsi ala bilərlər.

Komissiya tərəfindən sentyabrın 11-də 33 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 601 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan olunub və sənəd qəbuluna başlanıb.

Oktyabrın 17-dəkKomissiyada 2338 namizəd qeydə alınıb.

Ən çox namizəd İqtisadi İnkişaf Nazirliyi (49yerə qarşı 401namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (88yerə qarşı 181 namizəd), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (57yerə qarşı168namizəd), Təhsil Nazirliyi (58yerə qarşı168namizəd) və Dövlət Miqrasiya Xidməti (9yerə qarşı 159 namizəd) üzrə qeydə alınıb.

Bu beş dövlət orqanı üzrə qeydə alınmış namizədlərin bütün namizədlər arasında xüsusi çəkisi 46,1% təşkil edir.

Müsabiqədə bir vakant yerə orta hesabla iddia edən namizədlərin sayına görə ilk yeri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tutur. Belə ki, bu dövlət orqanı müsabiqədə cəmi birvəzifə ilə iştirak etsə də, 95 namizəd qeydə alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti