...

Azərbaycanın şimal rayonlarına güclü qar yağıb

Cəmiyyət Materials 7 Noyabr 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Quba, 07 noyabr / Trend , müxbir A. Qafarov/ Azərbaycanın şimal rayonlarına bu gün günorta saatlarından başlayaraq, güclü qar yağmağa başlayıb.

Quba rayon hidrometeorologiya mərkəzinin direktoru Şahbala Salmanovun cümə günü Trend -a verdiyi məlumata görə, Qubanın üç kəndində- Xaltan, Xınalıq və Qırız kəndələrində qar daha intensiv xarakter alıb. "Həmin kəndlərə 18 santimetrə qədər qar yağıb. Hazırda 6-7 dərəcə şaxta qeydə alınıb", - deyə Salmanov bildirib.

Quba rayonunun fövqaladə hallar komissiyasının sədri Yusif Abidov Trend - a bildirdiyinə görə, hələ ki güclü qarın yağması ilə bağlı ciddi fövqəladə hal qeydə alınmayıb. "Həmin ərazilərdə elektrik enerjisinin verilməsi normal qaydada həyata keçirilir", deyə o bildirib.

Hazırda Qusar rayonunda da yağıntı müşahidə olunur.

Azərbaycanın Quba rayonu paytaxt Bakıdan 160 km şimalda yerləşir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti