...

Qafqaz müsəlmanlarının dini lideri istintaq başa çatdıqdan sonra Əbu Bəkr məscidinin fəaliyyətinin bərpa olunacağına ümid edir

Cəmiyyət Materials 10 Noyabr 2008 15:35 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri istintaq başa çatdıqdan sonra Əbu Bəkr məscidinin fəaliyyətinin bərpa olunacağına ümid edir

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Qafqaz müsəlmanlarının dini lideri ümid edir ki, istintaq başa çatdıqdan sonra Əbu Bəkr məscidinin fəaliyyəti bərpa ediləcək.

"Əbu Bəkr məscidində əl qumbarasının partalayışı zamanı qurbanlar olub. Azərbaycanın hüquq-mühafizə orqanları hazırda bu cinayətin istintaqı ilə məşğuldur. Ümid edirəm ki, istintaq başa çatdıqdan sonra Əbu Bəkr məscidinin fəaliyyəti bərpa ediləcək", - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyx Hacı Allahşükür Paşazadə bazar ertəsi jurnalistlərə bildirib.

Bu il avqustun 17-də, təqribən saat 20.50-də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev də həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Azərbaycanda 512 dini icma qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti