...

Futbol üzrə Azərbaycan yığmasının rəqibi olan Finlandiya komandasının heyəti məlum olub

Cəmiyyət Materials 12 Noyabr 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir R.Ergün/ 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2010) seçmə mərhələsində Azərbaycan yığma komandasının rəqibi olan Finlandiya millisinin İsveçrə ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

İsveçrə ilə görüşdə Finlandiya yığmasının heyətinə dəvət olunan futbolçulardan yalnız Yari Litmanen Finlandiya çempionatında çıxış edir. Digər futbolçular müxtəlif ölkələrin çempionatlarında çıxış edirlər.

Finlandiya ilə İsveçrə arasındakı oyun noyabrın 19-da, İsveçrədə keçiriləcək.

Azərbaycanla Finlandiya arasında bu ilin oktyabr ayında keçirilən oyunda finlandiyalılar 1:0 hesabı ilə qələbə qazanıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti