Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında təşkil olunan mini futbol üzrə ənənəvi "Aznet" Kubokunda ikinci turun oyunları keçirilib.
Turnirin təşkilatçısı olan Trend in komandası qələbəni meydana çıxmadan qazanıb. "Rim" komandası oyuna gəlmədiyi üçün Trend ə 5:0 hesabı ilə texniki qələbə verilib.
Turun digər oyunları belə nəticələnib: "Statoil" - "Rapid Solution" 8:4, "Novosti" - "Armada" 3:5, "Əyləncə" - "Ümid" 9:1, "Baku Reds" - "TİD Konsulting" 2:1, "Azerisport" - "Smart" 6:3.
İki turdan sonra "Aznet Kuboku"nun bombardiri "Əyləncə" komandasının oyunçusu Elvin Xasmetovdur - 6 qol.
"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçirilir.
Turnirin sponsoru "Rest" restoranıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]