...

Azərbaycanın "Bakı" futbol klubunun oyununda hakimlik yüksək səviyyədə olmayıb – klubun vitse-prezidenti

Cəmiyyət Materials 17 Noyabr 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov hesab edir ki, "Simurq"la oyunda hakimlik yüksək səviyyədə olmayıb.

"Hakimin işinə qarışmaş istəmirəm. Amma demək olar ki, hakimlik yüksək səviyyədə olmadı. Rəqib komanda bəzi epizodlarda kobud oyunayırdı. Futbolçularımızın gözünü qorxutdular", bazar ertəsi Trend -a Məmmədov deyib.

Dünən Azərbaycan Premyer-Liqasının 11-ci turu çərçivəsində Zaqatalada keçirilən oyunda "Simurq" "Bakı"nı 2:1 hesabı ilə məğlub edib. Görüşün baş hakimi Anar Niyazov olub.

Vitse-prezident bildirib ki, Premyer-Liqanın ikinci dövrəsi daha maraqlı keçəcək.

"Çempionatla bağlı bütün suallara ikinci dövrədə aydınlıq gələcək. Hesab edirəm ki, ikinci dövrə daha maraqlı keçəcək və çempionluq uğrunda mübarizə daha da qızışacaq", - deyə Məmmədov əlavə edib.

Hazırda hesabında 23 xalı olan "Bakı" Premyer-Liqanın 14 iştirakçısı arasında 5-ci yerdədir.

Məmmədov deyib ki, Premyer-Liqanın birinci dövrəsinin sonuna kimi "Bakı" liderliyə yüksələ bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti