...

Azərbaycanda yayımlanan xarici radiostansiyaya xəbərdarlıq edilib

Cəmiyyət Materials 18 Noyabr 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend ? müxbir C.Babayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) "Avropa-Plyus Bakı" radiostansiyasının rəhbərliyinə əcnəbi dildə verilişlərin yayımı ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

"Növbəti xəbərdarlıqdan sonra da radio rəhbərliyi nəticə çıxarmasa, "Avropa-Plyus Bakı"nın Azərbaycanda yayımı dayandırılacaq", - deyə MTRŞ sədri Nuşirəvan Məhərrəmli çərşənbə axşamı Trend -a bildirib.

Trend - un arayışı: MTRŞ-nın qərarı ilə bu ilin yanvarın 1-dən Azərbaycanda telekanal və radiolarda əcnəbi dillərdə filmlərin, o cümlədən xəbərlərin yayımına qadağa qoyulub. "Avropa-Plyus" radiostansiyasında isə veriliş və xəbərlər rus dilində yayımlanır.

MTRŞ bildirib ki, radioda musiqilər əcnəbi dildə yayımlana bilər, ancaq xəbər və verilişlər ana dilində yayımlanmalıdır. Radiostansiyanın fəaliyyəti üçün ona yerli radio kimi lisenziya verilib.

Teleradio Şurası "Avropa-Plyus Bakı" radiostansiyasına 2006-cı ilin dekabrında 6 illik yayım lisenziyası verib.

MTRŞ bundan əvvəl də bu məsələ ilə bağlı radiostansiyanın rəhbərliyinə xəbərdarlıq edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti