...

İtaliyanın bədii gimnasitka üzrə A1 seriyalı klub çempionatının üçüncü turu keçirilib

Cəmiyyət Materials 24 Noyabr 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend / İtaliyanın Ad-Arettso şəhərində İtaliyanın bədii gimnastika üzrə A1 seriyalı klub çempionatının üçüncü turu keçirilib. Çempionatda Azərbaycanın təmsilçiləri - Anna Qurbanova və Aliyə Qarayeva da iştirak edirlər.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi xəbərə görə, Qurbanovanın komandası "Komense-1872" 91,075 bal toplayaraq yeddinci yeri tutub. Anna ip (16,7) və topla (16,625) çıxış edib. Onun nəticələri yenidən komandada ən yüksək, iplə göstərici isə, bu növdə ikinci olub. Ən yaxşı yalnız "Fabriano" komandasından qazaxıstanlı gimnast Aliyə Yusupova çıxış edib.

Qarayevanın klubu "Ardor" 10-cu mövqedə (87,675) qərarlaşıb. Aliyə halqa ilə çıxış edib və hakimlərdən 16,2 bal alıb və bu növdə üçüncü olub. Bu mərhələdə birinci yeri aktivində 100,625 bal olan "Armoniya" komandası tutub. Çempionatın final turu Folinyo adlı yerdə, dekabrın 6-da keçiriləcək. Anna Qurbanova İtaliyaya Tatarıstanın paytaxtından uçub gəlib. O, burada beynəlxalq "Yoldız" turnirində iştirak edib.

O, Kazanda ip, halqa, lentlə hərəkətlər, həmçinin, 2009-cu ildə gürzləri əvəzləyəcək topla yeni kompozisiya nümayiş etdirib. Bunlar nümunəvi çıxışlar olsa da, müsabiqədənkənar  iştiraka baxmayaraq, bizim gimnast da mükafata layiq görülüb. Qurbanova məşhur idmançı, Avropa və dünya çempionatının bürünc mükafatçısı və Dünya Kubokları mərhələlərinin qalibi kimi, xüsusi mükafat alıb.

Noyabrın 28-30 - da isə, Xorvatiyanın paytaxtı Zaqrebdə daha bir beynəlxalq turnir keçiriləcək. Bu turnirdə Azərbaycanın digər təmsilçisi Zeynəb Cavadlı iştirak edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti