...

Azərbaycan işğal edilmiş ərazilərdə ağacların kəsilməsi faktından ideoloji müharibədə arqument kimi istifadə edəcək – nazir

Cəmiyyət Materials 26 Noyabr 2008 15:32 (UTC +04:00)
Azərbaycan işğal edilmiş ərazilərdə ağacların kəsilməsi faktından ideoloji müharibədə arqument kimi istifadə edəcək – nazir

Azərbaycan, Bakı, 26 noyabr/ Trend müxbir C.Babayeva/ Azərbaycanın işğal edilmiş ərazilərində ağacların kəsilməsi faktları Ermənistana qarşı fəal ideoloji müharibədə arqument kimi istifadə ediləcək.

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması prosesində səmimi deyil və  o, Azərbaycana qarşı bütün müharibə üsullarından istifadəni davam etdirir", - ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çərşənbə günü jurnalistlərə bildirib.

"Ermənistanın hərəkətləri Azərbaycanın ekologiyasına da böyük ziyan vurur", - nazir bildirib.

Bu gün Azərbaycanın 989,4  min ha meşə fondundan 261 ha Ermənistanın işğalı altındadır. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, işğal altında qalmış meşə fondu ermənilər tərəfindən kəsilir və tikinti materialları qismində istifadə olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti