...

Azərbaycanlı voleybolçuların çıxış etdiyi Türkiyə klubları qələbə qazanıb

Cəmiyyət Materials 1 Dekabr 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Voleybol üzrə Azərbaycan yığma komandasının lideri Natalya Məmmədovanın çıxış etdiyi "Türk Telekom" klubu Türkiyə çempionatında qələbə qazanıb.

"Türk Telekom" "Karşıyaka DYO" klubunu 3:2 hesabı ilə məğlub edib.

"Karşıyaka DYO" Avropa "Çelens" kubokunda Azərbaycanın "Rabitəçi" klubunun rəqibidir. Bu komandalar arasında ilk oyun dekabrın 10-da keçiriləcək.

Türkiyə mətbuatı Məmmədovanın zəif çıxış etdiyini yazıb və onun oyununu iki ulduzla qiymətləndirib.

Hazırda hesabında 16 xalı olan "Türk Telekom" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Azərbaycan yığma komandasının üzvləri - Valeri Korotenko və Oksana Porxomenkonun çıxış etdiyi "Fənərbaxça Acıbadem" klubu isə "İller Bankası" komandasına 3:0 hesabı ilə qalib gəlib.

Türkiyə mətbuatı Korotenkonun oyunun ən yaxşısı seçib. Porxomenkonun oyunu isə iki ulduzla qiymətləndirilib.

Hesabında 12 xal "Fənərbaxça Acıbadem" hazırda turnir cədvəlinin 5-ci pilləsindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti