...

Avropa Məhkəməsi parlament seçkiləri ilə bağlı Azərbaycan hökuməti ilə dörd şikayət üzrə kommunikasiya başlayıb

Cəmiyyət Materials 1 Dekabr 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökuməti ilə 2005-ci ilin parlament seçkiləri ilə bağlı dörd şikayət üzrə kommunikasiya başlayıb. Bu barədə Trend -a bazar ertəsi ərizəçilərin hüquqlarının Avropa Məhkəməsində müdafiəsini həyata keçirən İntiqam Əliyev məlumat verib.

Bu işlər 2005-ci ilin parlament seçkiləri ilə bağlı "Azərbaycan Naminə" İctimai Formun rəhbəri Eldar Namazovun, eks-spiker Yaqub Məmmədovun, Namət Əliyevin və Elçin Rzayevin Starsburqa göndərdiyi şikayətlərlə bağlıdır.

Həmin şikayətlərlə bağlı Avropa Məhkəməsi Azərbaycan dövlətinə sorğular göndərib. Sorğulara cavab verilməsi üçün dövlətə gələn il martın 6-na qədər vaxt verilib.

Azərbaycan hökuməti ərizəçilərin Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə qorunan azad serçki hüququnun pozuntusunun, ərizəçələrin mənsub olduğu seçki dairələrində özbaşınalığa qarşı yetərli təminatların olub-olmadığı, ərizəçilərin siyasi baxışlarına görə Konvensiyanın 14-cü maddəsi ilə qorunan ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozulması və s. suallarla bağlı mülahizələrini Avropa Məhkəməsinə təqdim etməlidir.Bundan əvvəl parlament seçkiləri ilə bağlı daha 6 iş üzrə Bəybala Əbil (11 saylı Qaradağ seçki dairəsi), Abbas Atakişi (85 saylı Şamaxı seçki dairəsi), Flora Kərimova (42 saylı Sumqayıt ikinci seçki dairəsi), Sərdar Cəlaloğlu (9 saylı Binəqədi ikinci seçki dairəsi), Qulamhüseyn Əlibəyli (69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi), Həsən Kərimov (29 saylı Səbail seçki dairəsi), İsa Qəmbər (20 saylı Nərimanov ikinci seçki dairəsi), Arif Haçılı (110 saylı Zaqatala seçki dairəsi) və Əli Kərimlinin (31 saylı Suraxanı II seçki dairəsi) şikayətləri üzrə Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında kommunikasiya başlamışdı. Avropa Məhkəməsi Azərbaycana qarşı indiyədək 13 qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti