...

AFFA "Xəzər-Lənkəran" klubunu 4000 manat cərimə edib

Cəmiyyət Materials 2 Dekabr 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Xəzər-Lənkəran" klubunu cəzalandırıb. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat verib.

İntizam Komitəsi Azərbaycan Premyer-Liqasının 13-cü turu çərçivəsində keçirilən "Simurq" - "Xəzər-Lənkəran" oyunu başa çatdıqdan sonra qonaq komandanın rəisi Səməd Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun texniki zonadan kənarlaşdırılıb. Klub isə 4000 manat cərimə edilib.

"Simurq" - "Xəzər-Lənkəran" oyunu 2:2 hesabı ilə başa çatıb. Oyundan sonra "Xəzər-Lənkəran" rəhbərliyi matçın baş hakimi Zöhrab Qədiyevdən narazlıq edib və bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

İntizam Komitəsi "Turan" klubunu 3000 manat cərimələyib. "Turan" - "Qəbələ" oyunda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə 1000, meydançaya plastik qab atıldığı üçün isə "Turan" 2000 manat cərimə edilib. Oyunun gedişində "Qəbələ"nin oyunçusu Anar Qasımov qırmızı vərəqə aldığından klubu 2000 manat cəzalandırılıb.

"Turan" - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatıb.

"Qarabağ" klubu isə "Karvan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimələnib.

"Qarabağ" - "Karvan" oyunu 3:2 hesabı ilə başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti