Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir İ.Əlizadə/ Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın Müqəddəs Patriarxı II Aleksinin dəfn mərasimində iştirak edəcək. Bu barədə Trend -a cümə günü Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya rəhbərliyinə, Rusiya Pravoslav Kilsəsinə və Rusiya xalqına başsağlığnı bildirib.
Moskva və bütün Rusiyanın Müqəddəs Patriarxı II Aleksi bu gün vəfat edib.
II Patriarx Aleksi (əsl adı Aleksey Mixayloviç Riidiqer; doğum tarixi 23 fevral 1929-cu il, Tallin, Estoniya) - Rusiya Pravoslav Kilsəsinin yepiskopu; 1990-cı il iyunun 10-dan Moskva və bütün Rusiyanın patriarxı, Rusiya Pravoslav Kilsəsinin baş keşişi (RPK). Rusiyanın Təhsil Akademiyasının həqiqi üzvü (akademik). RPK-də onun qəbul olunmuş titul forması: Zati-müqəddəs, Moskva və bütün Rusiyanın Müqəddəs Patriarxı.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend