...

Azərbaycan yığmasının futbolçusunun "Valyadolid"ə gedəcəyi tarix bu gün məlum olacaq

Cəmiyyət Materials 10 Dekabr 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovun İspaniyanın "Valyadolid" klubunun düşərgəsinə gedəcəyi tarix bu gün məlum olacaq. Bu barədə Trend -a futbolçunun özü məlumat verib.

"Hazırda "Valyadolid" klubundan cavab gözləyirik. İspaniyaya yola düşəcəyim tarix bu gün məlum olmalıdır", - deyə Sadıqov bildirib.

"Neftçi" klubunun əvəzedici komandasında çıxış edən Sadıqov İspaniya La-Liqasının iştirakçısı olan "Valyadolid"ə baxışa gedəcək.

Sadıqov deyib ki, o, hazırda idman formasını itirməmək üçün "Neftçi" klubunun keçmiş bazasında fərdi məşq edir.

Azərbaycan yığmasının müdafiəçisinə Türkiyənin birinci liqa komandası olan "Boluspor"dan da təklif gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti