...

Baltikyanı ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər və tələbələr vahid təşkilatda birləşiblər

Cəmiyyət Materials 12 Dekabr 2008 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir C.Babayeva/ Baltikyanı ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər və tələbələr vahid təşkilatda - Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyasında birləşiblər.

Assosiasiyanın təsis konfransı Baltik Azərbaycanlıları Konqresinin illik iclasında keçirilib. Hər Baltikyanı respublikadan beş nəfərin təmsil olunduğu şura və üç nəfərdən ibarət idarə heyətinin yaradılması qərara alınıb, cümə günü Trend -a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Assosiasiyada hər üç ölkəni təmsil edən gənclər təşkilatın həmsədrləri seçilib, həmin ölkələr üzrə əlaqələndirmə işləri isə koordinator-katiblik institutuna həvalə edilib. Əsasnamənin işlənib hazırlanması məqsədilə hər ölkədən iki nəfərin daxil olduğu İşçi qrupu yaradılıb. Assosiasiyanın qərargahı Riqa şəhərində yerləşəcək.

Dövlət Komitəsi Baltikyanı ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər və tələbələrin vahid bir təşkilat ətrafında birləşməsini təqdirəlayiq hesab edib və təşkilatın internet saytının yaradılması işini öz üzərinə götürüb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti