Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan şahmatçıları Rusiyanın Elista şəhərində keçiriləcək şahmat üzrə FİDE-nin Qran-Pri turnirinin 3-cü mərhələsində iştirak edəcəklər.
Turnir dekabrın 14 - də start götürəcək. Yarışda Azərbaycan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimovla təmsil olunacaq.
Mükafat fondu 300 min avro olan turnirin qalibi adı uğrunda Dmitri Elinov, Aleksandr Qrişuk, Yevgeni Alekseyev, Ernesto İnarkiyev (dördü də Rusiyadan), Vanq Yu, Peter Leko (ikisi də Çin), Pavel Elianov (Ukrayna), Etyen Bakro (Fransa), İvan Çeparinov (Bolqarıstan) və Rüstəm Kasımcanov (Özbəkistan) yarışıcaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]