Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin birinci liqa komandası "Boluspor" "Karşıyaka" ilə oyunda böyük hesabla məğlub olub.
Qurbanovun oynamadağı görüşdə "Karşıyaka" 3:0 hesabı ilə qələbə qazanıb. Oyun Bolu şəhərində keçirilib.
Hesabında 19 xalı olan "Boluspor" Türkiyənin birinci liqasının 18 komandası arasında 12 - ci pillədə yer alıb. Birinci yerdə 32 xalla "Kasımpaşa" komandasıdır.
Qurbanov "Boluspor" a Türkiyə Superliqasında çıxış edən "Sivasspor"dan transfer olunub. O, əvvəllər "Fənərbaxça" və "Xəzər-Lənkəran" klublarında çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]