...

Azərbaycanın bədii gimnastika üzrə qrup məşqləri komandası "İlin komandası" nominasiyasında qalib olub

Cəmiyyət Materials 24 Dekabr 2008 20:31 (UTC +04:00)
Azərbaycanın bədii gimnastika üzrə qrup məşqləri komandası "İlin komandası" nominasiyasında qalib olub

Azərbaycan, Bakı, 24 dekabr/ Trend ,  müxbir C.Babayeva/ Azərbaycanın bədii gimnastika üzrə qrup məşqləri komandası ölkənin Gənclər və İdman Nazirliyi tərəfindən 2008-ci ilin yekunları üzrə "İlin komandası" nominasiyasında qalib elan edilib.

"Gülüstan" sarayında keçirilən tədbirdə Azərbaycanda bədii gimnastikanın uğurları barədə videofilm nümayiş etdirilib.

Tədbirdə gənclər və idman naziri, Milli Olimpiya Komitəsi, müxtəlif federasiyaların nümayəndələri, idman veteranları, tanınmış idmançılar, olimpiya çempionları və s. iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti