...

FİDE-nin Qran-Pri turnirində iştirak edən azərbaycanlı şahmatçılar qələbə qazanıblar

Cəmiyyət Materials 26 Dekabr 2008 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dеkаbr/ Trend , müxbir R.Ergün/ Rusiyanın Elista şəhərində kecirilən FİDE-nin Qran-Pri turnirinin son turunda azərbaycanlı şahmatçılardan ikisi qələbə qazanıb.

Turnirin 10-cu turu çərçivəsində rusiyalı Yevgeni Alekseyevlə qarşılaşan Teymur Rəcəbov görüşü qələbə ilə başa vurub. Bu qələbədən sonra Rəcəbov 6,5 xalla liderliyə yüksəlib.

Ukraynalı Pavel Elyanovla görüşən Şəhriyar Məmmədyarov da qələbə qazanıb.

Qran-Pri turnirinin sonuncu turlarına kimi lider olan Vüqar Həşimov isə son turda məğlub olub. Həşimov macarıstanlı Peter Leko ilə görüşdə uduzub. Bu məğlubiyyətdən sonra hesabında 6 xalı olan Həşimov 2-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti