...

10 yaşı tamam olan "Üç nöqtə" qəzeti yeni layihə həyata keçirəcək – baş redaktor

Cəmiyyət Materials 26 Dekabr 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın 10 yaşı tamam olan müstəqil "Üç nöqtə" qəzeti 2009-cu ildə yeni layihə həyata keçirəcək.

"Maddi çətinliklər və mətbuatın bugünkü vəziyyəti layihələrimizi bu il reallaşdırmağa imkan vermədi. 2008-ci il üçün nəzərdə tutulan layihə 2009-cu ilə qədər taxirə salınıb. Ümid edirik ki, dünyada baş vermiş maliyyə böhranı gələn il mətbuata və "Üç nöqtə"yə təsir etməyəcək və qarşıya qoyduğumuz layihəni 2009-cu ildə həyata keçirə biləcəyik", deyə qəzetin baş redaktoru və təsisçisi Xoşqədəm Baxşəliyeva cümə günü Trend -a deyib.

"Üç nöqtə" qəzeti 1998-ci ilin dekabrından nəşr olunur. Qəzet bu il 10 illik yubileyini qeyd edir.

Baş redaktor "Üç nöqtə" qəzetini növbəti 10 illər gözlədiyini deyib. " Mətbuatın bugünkü vəziyyəti iqtisadi baxımdan o qədər də ürəkaçan deyil. İnanıram ki, gələcək illərdə iqtisadi çətinliklərin mətbuata təsirini görməyəcəyik", Baxşəliyeva bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti