...

Azərbaycanın "Neftçi" futbol klubu Türkiyə və Rusiya komandaları ilə görüşə bilər

Cəmiyyət Materials 30 Dekabr 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu qış fasiləsi dövründə beş yoxlama oyunu keçirəcək. Bu barədə Peşəkar Futbol Liqasının saytına klubun mətbuat xidməti məlumat verib.

"Neftçi" komandası 11 gün Türkiyədə, 8 gün İspaniyada təlim - məşq toplanışı keçəcək.

Mətbuat xidmətinin məlumatına görə, "Neftçi"nin yoxlama oyunlarındakı rəqiblərinin Türkiyədən və Rusiyadan olacağı gözlənilir.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti