...

Futbol üzrə Azərbaycan yığmasının keçmiş qapıçısı Türkiyə klublarından təklif alıb

Cəmiyyət Materials 30 Dekabr 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dеkаbr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş üzvü Cahangir Həsənzadə karyerasını Türkiyədə davam etdirə bilər. Bunu futbolçu Peşəkar Futbol Liqasının rəsmi saytına  bildirib.

Azərbaycan Premyer - Liqasının birinci dövrəsində "Qəbələ" klubunda çıxış edən futbolçu bildirib ki, onunla Türkiyənin "Boluspor" və "Çaykur Rizespor" komandaları maraqlanır.

Hazırda "Boluspor"da digər azərbaycanlı futbolçu - İlqar Qurbanov çıxış edir.

"Gələn ilin yanvarın əvvəlində Türkiyəyə gedərək, bu klubların düşərgələrində baxışdan keçəcəyəm. Yaxın bir həftədə hər şeyə aydınlıq gəlməlidir", - deyə Həsənzadə əlavə edib.

Qapıçı mövqeyində çıxış edən Həsənzadə əvvəllər "Neftçi", "Qarabağ"  kimi Azərbaycan klubları ilə yanaşı, Ukrayna komandalarında da çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti