Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir R.Ergün/ Ağır atletika üzrə Azərbaycan çempionatı başa çatıb. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.
Çempionatda iştirak edən idmançılar səkkiz çəki dərəcəsində mübarizə aparıblar.
Azərbaycan çempionatının nəticələrinə görə, Elmar Alıyev (56 kq), Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəlilov (77 kq), Nahid Vəliyev (85 kq), İntiqam Zairov (94 kq) və Rövşən Fətullayev (105 kq) birinciliyin qalbləri olublar. 105 kq-dan yüksək çəki dərəcəsində isə birinci yeri Rolan Piriyev tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]