...

"Birlik Kuboku"nun təşkilatçıları 20 Yanvar şəhidlərinin xatirəsini qeyd etməyə icazə verməyib - Azərbaycan klubunun prezidenti

Cəmiyyət Materials 21 Yanvar 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir R.Ergün/ "Birlik Kuboku"nun təşkilatçıları Azərbaycanın "İnter" futbol klubunun rəhbərliyinin Latviyanın "Ventspils" komandası ilə keçirilən oyunda 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmək təklifini qəbul etməyiblər. 

"Biz turnirin təşkilatçılarına müraciət etdik. Amma onlar bunu qəbul etmədilər. Buna görə də qərara qəldik ki, "Ventspils"lə görüşdə oyunçularımız meydana qollarına qara lent bağlayaraq çıxsınlar",-   Trend -a "İnter" klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov deyib.

"İnter"lə "Ventspils" arasındakı oyun  dünən - Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi qeyd olunduğu gün keçirilib.

Azərbaycan komandası Rusiyanın Moskva şəhərində təşkil olunan "Birlik Kuboku"nun sonuncu qrup oyununda qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

"Birlik Kuboku" təşkilatçıkarının 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükütun elan edilməsinə icazə verməməsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında etirazla qarşılanıb.

Əvvəlki illərdə keçirilən "Birlik Kubokları"nda Azərbaycan klublarının 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla qeyd etməsində problem olmayıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti