...

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin başçılıq etdiyi ekspedisiya qrupu Cənub qütbünün 34 kilometrliyindədir

Cəmiyyət Materials 24 Yanvar 2009 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu Cənub qütbünün 34 kilometrliyində olmaqla, 3000 metr qalınlığında buz qatının üzərində hərəkət edir, şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib.    

2008-ci il dekabrın 24-də Bakıdan yola düşən ilk "Azərbaycan-Antarktida" ekspedisiya qrupu dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Antarktidanın ən hündür zirvəsi - Vinson dağına qalxıb. 

"Çətin hava şəraitinə baxmayaraq, ekspedisiya öz elmi proqramını yerinə yetirməyə çalışır və bu məqsədlə qrup meteoroloji və iqlimlə bağlı 459 müşahidə-ölçmə işləri aparıb", - məlumatda deyilir.  

Ekspedisiyanın hərəkət sürəti bilavasitə hava şəraitindən asılıdır. Ekspedisiya üzvlərinin verdiyi məlumata görə, Cənub qütbünə doğru hərəkət etdikləri müddətdə qeydə alınan ən yüksək temperatur mənfi 28, ən aşağı temperatur isə mənfi 44 dərəcə olub. Ekspedisiya üzvləri gün ərzində təxminən 6000 kalori enerji itirir.

Ekspedisiyanın Cənub qütbünə doğru hərəkəti davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti